By Telecom

Aksesuar üzrə Kateqoriya Meneceri

By Telecom
Ə/h razılaşma ilə
775
Tam iş günü
Bakı, Azərbaycan
31/03/2026 - 14/04/2026

İş haqqında məlumat

  • Aksesuar kateqoriyası (telefon aksesuarları, audio cihazlar, smart gadgetlər və s.) üzrə məhsul portfelinin idarə olunması 
  • Satış nöqtələrində (mağazalarda) məhsul çeşidinin düzgün formalaşdırılması və optimallaşdırılması 
  • Yeni məhsulların və brendlərin bazara daxil edilməsi 
  • Təchizatçılarla danışıqların aparılması, ən uyğun alış şərtlərinin əldə edilməsi 
  • Satış, stok və dövriyyə analizlərinin aparılması 
  • Kampaniyalar üçün məhsul seçimi və satışa təsir edən təkliflərin hazırlanması 
  • Mağazalarda aksesuar satışlarının artırılması üçün təkliflər və strategiyaların hazırlanması 
  • Rəqib bazarın və qiymətlərin daimi monitorinqi 

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı + bonus sistemi 
  • Pərakəndə satış sahəsində inkişaf imkanı 
  • Dinamik və sürətli inkişaf edən iş mühiti 
  • Böyük retail şəbəkədə karyera perspektivi 

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: Tam iş günü

Tələblər

  • Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahə üzrə üstünlükdür) 
  • Elektronika və ya aksesuar sahəsində minimum 2 il iş təcrübəsi 
  • Retail (mağaza satışları) üzrə təcrübə üstünlükdür 
  • Analitik düşünmə və hesabatlarla işləmə bacarığı 
  • Excel / Google Sheets bilikləri (vacibdir) 
  • Rus dili biliyi üstünlükdür 

Şəxsi keyfiyyətlər:

  • Satış yönümlü və nəticə fokuslu 
  • Təşəbbüskar və operativ qərarvermə bacarığı 
  • Güclü ünsiyyət və danışıqlar bacarığı 
  • Komanda ilə effektiv işləmə bacarığı 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.