Bakı,
Azərbaycan
28.10.2025 10:59
-
28.11.2025 12:00
İş haqqında məlumat
MONOLITH CASPIAN — Ukrayna bazarında qaynaq məhsulları üzrə lider olan PlazmaTek şirkətinin rəsmi nümayəndəliyi — Azərbaycan üzrə komandamıza Aktiv Satış Meneceri vəzifəsinə əməkdaş axtarır.
Əgər sən çağırışlardan qorxmursansa, sürətli və keyfiyyətli nəticələrə can atırsansa — bu iş sənin üçündür!
Maaş 1400 AZN
- Yeni müştərilərin aktiv şəkildə axtarılması və mövcud müştərilərlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
- Şirkətin məhsul və xidmətləri üzrə təqdimatların və məsləhətləşmələrin keçirilməsi;
- Danışıqların aparılması, müqavilələrin bağlanması və müştərilər üçün təkliflərin hazırlanması;
- Satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Satış planlarının icrası və görülən işlər üzrə hesabatların təqdim olunması.
Biz təklif edirik:
- İşin bütün mərhələlərində təlim və dəstək;
- Rəqabətədavamlı əmək haqqı;
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
- Peşəkar komanda daxilində inkişaf imkanları;
- Beşgünlük iş qrafiki: 09:00 – 18:00.
Əgər siz nəticəyönümlü iş mühiti axtarırsınızsa, peşəkar çağırışlara hazırsınızsa və komandamızın bir hissəsi olmaq istəyirsinizsə — CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə +994 10 718 16 03
Tələblər
- Cinsi: kişi;
- Yaş: 25 - 38 yaş;
- Satış sahəsində azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət bacarığı və nəticəyönümlü yanaşma;
- Azərbaycan və rus dillərini sərbəst bilmək;
- CRM sistemləri və analitik alətlərlə işləmək bacarığı;
- İnisitiyativlik, məsuliyyət və peşəkar inkişafa hazır olmaq.