hrin.az
Reklam

Smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis

ModulX

Əmək haqqı: Razılaşma

Bu vakansiyaya müraciət müddəti bitib

Bu elan üzrə müraciət qəbulu dayandırılıb. Oxşar aktiv vakansiyalara aşağıda baxa bilərsən.

729009 fevral 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:
  • Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə smeta sənədlərinin hazırlanmasına və prosesə rəhbərlik etmək
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə tərtib olunmuş, təsdiq edilmiş smeta və texniki sənədlərin təhlilini aparmaq
  • MEP sahəsinə aid iş həcmlərinin analizini həyata keçirmək və nəticələrə nəzarət etmək
  • Layihə və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək, aradan qaldırılması üçün təkliflər vermək
  • Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılmasına rəhbərlik etmək və rəy/arayışların hazırlanmasını təmin etmək
  • Layihəyə əsasən iş həcmlərinin çıxarılmasına nəzarət etmək
  • Layihələr üzrə büdcə risklərini analiz etmək və rəhbərliyə hesabat təqdim etmək
  • Smetaya uyğun texniki və maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək
  • Təklif və razılaşma qiymətlərinin hesablanmasını analiz etmək, yekun smeta sənədlərini formalaşdırmaq
  • İnşaat və texniki şöbələrdən daxil olan məlumatların maliyyə baxımından təhlilini aparmaq və əlaqəli tərəfdaşlarla koordinasiyanı təmin etmək
  • Layihə icrası zamanı dəyişikliklərə uyğun olaraq smeta sənədlərinə düzəlişlərin edilməsinə rəhbərlik etmək
  • Layihə-smeta sənədlərinin vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək
  • Layihələr üzrə aylıq texniki və maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək (Forma 2, Forma 3, xərc analizi və s.)
  • Podratçıların təqdim etdiyi yerinə yetirilmiş iş aktlarını və hesabatları yoxlamaq və təsdiqləmək
  • Sahələrdən daxil olan texniki hesabatların ümumi yoxlanışını və yekun analizini aparmaq
  • Smeta mühəndislərindən ibarət komandanın işinə rəhbərlik etmək və metodiki dəstək göstərmək
  • Layihə üzrə smeta və xərclərə nəzarətlə yanaşı işlərin icra planına uyğunluğunu izləmək və büdcə risklərini əvvəlcədən müəyyən etmək
  • Tikinti mərhələləri üzrə xərclərin planlaşdırılmasında iştirak etmək, faktiki xərclərlə plan göstəricilərinin müqayisəli analizini aparmaq
  • Layihə üzrə maliyyə planlaması və aylıq xərc proqnozlarının hazırlanmasına dəstək vermək, rəhbərliyə planlama əsaslı hesabatlar təqdim etmək

İş şərtləri:

  • İş yeri: Bakı şəhəri
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq


 

Tələblər:
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (o cümlədən aparıcı və ya senior vəzifədə təcrübə arzuolunandır)
  • Microsoft Office (MS Word, MS Excel, MS Outlook), AutoCAD proqramlarını yüksək səviyyədə bilmək
  • Müvafiq sahə üzrə ali təhsil
  • Analitik düşünmə, planlaşdırma və qərarvermə bacarıqları
  • Müvafiq normativ-hüquqi aktları, tikinti norma və qaydalarını yaxşı bilmək
  • Komanda idarəetmə və koordinasiya bacarıqları

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

Müraciət bağlanıbAktiv vakansiyalara bax
Reklam