Medco Hospital

Ambulans sürücüsü

Medco Hospital
Ə/h razılaşma ilə
1174
Növbəli iş
Bakı, Azərbaycan
31.10.2025 12:18 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Sifarişlərə, çağırışlara çevik cavab vermək; xəstənin, tibb heyətinin daşınmasını təmin etmək;
  • Avtomobilin istismara hazır vəziyyətinin yoxlanılması: yağ, su, təkər, siqnal sistemi, sanitariya vəziyyəti və s.; nasazlıqları dərhal rəhbərliyə bildirmək;
  • Ambulansda istifadə olunan tibbi avadanlıq və ləvazimatların mövcudluğunu yoxlamaq; sanitariya, dezinfeksiya və lazımi təmizliyi təmin etmək;
  • Sürücülük və xəstə daşınması ilə əlaqəli sənədlərin düzgün doldurulmasını (hərəkət cədvəli, sərnişin adı, marşrut, sürüş vaxtı və s.) təmin etmək;
  • Təcili yardımı tələb edən hallarda tibb heyəti ilə birgə hərəkət etmək, xəstənin nəqli və ya hospitala gətirilməsində kömək göstərmək;
  • Stressli, qəza və ya xilasetmə hallarına çevik və məsuliyyətlə reaksiya vermək;
  • İş yeri: Heydər Əliyev adına Hava limanı;
  • İş şəraiti: Növbəli iş rejimi (sutkalıq);
  • Əmək haqqı: Növbədən və iş rejimindən asılı olaraq təyin edilir.

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər CV və sənədlərini e-mailinə göndərə və ətraflı məlumat üçün telefon nömrəsi ilə əlaqə saxlaya bilər.

Tələblər

  • Təhsil : Orta;
  • İş təcrübəsi : 3 ildən 5 ilə qədər;
  • Cins : Kişi;
  • Müvafiq kateqoriyalı (B, C, D) sürücülük vəsiqəsi;
  • Stressli və fövqəladə vəziyyətlərdə sakit və peşəkar davranmaq bacarığı;
  • Əla fiziki sağlamlıq; gecə və ya dəyişkən iş rejiminə hazır olmaq;
  • Əla ünsiyyət və komanda ilə işləmək bacarığı; xəstələrə və tibb heyətinə hörmətli yanaşma;
  • İlk yardım bilikləri və ya bu sahədə təlim keçməsi üstünlükdür;
  • Ambulans və ya fövqəladə tibbi yardım nəqliyyatında işləmə təcrübəsi üstünlükdür;
  • Gecə, bayram və digər qeyri-iş günlərində işə çıxmağa hazır olmaq.


Oxşar vakansiyalar