Emsan

Anbar Əməliyyatları üzrə Mütəxəssis

Emsan
Ə/h razılaşma ilə
4008
Tam iş günü
Xırdalan, Azərbaycan
30/01/2026 - 28/02/2026

İş haqqında məlumat

  • Malların qəbulunu, saxlanmasını və buraxılışını təmin etmək;
  • Məhsulların düzgün sayılaraq qəbuluna və buraxılışına nəzarət etmək;
  • Anbar qalıqlarını effektiv şəkildə idarə etmək və sistemdə daim aktual saxlamaq;
  • Anbar qalıqlarının mütəmadi yoxlanışını aparmaq;
  • Anbar əməliyyatları üzrə gündəlik və aylıq hesabatlar hazırlamaq;
  • Giriş-çıxış sənədlərinin düzgün və vaxtında qeydiyyatını aparmaq;
  • Uzun müddət hərəkətsiz qalan mal-materialların yoxlanışını aparmaq, aktlaşdırmaq və müvafiq tədbirlər görmək;
  • Yüklərin vəziyyətini yoxlamaq, zərər və ya nöqsan aşkar edildikdə lazımi tədbirlər görmək;
  • Malların qəbulu və buraxılışı zamanı kəmiyyət və keyfiyyətə nəzarət etmək;
  • Anbar avadanlıqlarının, yanğından mühafizə vasitələrinin və sanitar şəraitin mövcud tələblərə uyğunluğunu təmin etmək;
  • Anbarda səliqə-sahmanı, təhlükəsizlik və texniki qaydalara riayət olunmasını təmin etmək

İş şəraiti

  • Ərazi: Binəqədi rayonu (müvəqqəti olaraq Xırdalan şəhəri)
  • İş rejimi: Tam iş günü (6 günlük iş qrafiki)
  • Müqavilə: Əmək müqaviləsi
  • Əmək haqqı: Müsahibə əsasında təyin edilir

Tələblər

  • Yaş: 25–45
  • Cinsi: Kişi
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Pərakəndə (retail) sahədə təcrübə üstünlükdür
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı
  • Logo Tiger və ya 1C, həmçinin MS Office proqramlarında işləmə bacarığı
  • Yüksək məsuliyyətlilik, analitik düşüncə və təşəbbüskarlıq
  • Komanda ilə işləmək, nəticəyönümlülük və problem həll etmə bacarığı
  • Çevik və nizam-intizamlı iş yanaşması
  • Data ilə işləmə bacarığı

Müraciət qaydası

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Anbar Əməliyyatları üzrə Mütəxəssis” başlığı ilən [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Oxşar vakansiyalar