GFC MMC

Anbar işçisi

GFC MMC
650 - 750 ₼
363
Tam iş günü
Bakı, Azərbaycan
06/10/2026 - 20/10/2026

İş haqqında məlumat

İş yeri – Xırdalan şəhəri, anbar.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Əsas vəzifə öhdəlikləri:

  • Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək; 
  • Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq; 
  • Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək; 
  • Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək; 
  • Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək; 
  • Sayım və inventarizasiya proseslərində iştirak etmək; 
  • Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək; 
  • Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; 
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi;
  • İş yeri – Xırdalan şəhəri,anbar; 
  • Əməkhaqqı 650-750 Azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Tələblər

  • Fiziki işləri yerinə yetirmək bacarığı; 
  • Komandada işləmək bacarığı; 
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq; 
  • Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq; 
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Oxşar vakansiyalar