Bakı,
Azərbaycan
10.06.2025 19:05
-
10.07.2025 12:00
İş haqqında məlumat
- Anbar rəhbərinin gündəlik fəaliyyətində ona operativ və sistemli dəstək göstərmək;
- Anbarın daxili proseslərinin (mal qəbulu, yerləşdirilməsi, inventarizasiyası, çıxarışı və s.) təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və tətbiqini təmin etmək;
- Mövcud anbar prosedurlarını təhlil etmək, effektivlik və səmərəliliyi artırmaq üçün təşəbbüslər irəli sürmək;
- Anbar proqram təminatlarında məlumatların dəqiq və vaxtında daxil edilməsinə nəzarət etmək;
- Dövrü inventarizasiya proseslərində iştirak etmək;
- Anbarda məhsulların düzgün yerləşdirilməsi, saxlanılması və hərəkətinə nəzarət etmək;
- Göstəricilərin (KPI) təhlili və təkmilləşdirmə üzrə rəhbərliyə təkliflər vermək;
- İş yeri: ‘’SUPERTOYS MMC’’ Sədərək TM;
- İş qrafiki: 6 günlük iş həftəsi.
Tələblər
- Ali təhsil (Logistika, idarəetmə, mühəndislik və ya müvafiq sahələr üzrə);
- Anbar və ya logistika sahəsində minimum 2 illik iş təcrübəsi;
- Anbar proseslərinin təkmilləşdirilməsi və idarə olunması sahəsində biliklər;
- ERP proqramlarında işləmək bacarığı;
- MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Təşkilatçılıq, analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı və təşəbbüskar yanaşma.