STP Metal Structures

Anbar Meneceri

VLand Systems MMC
Ə/h razılaşma ilə
128
Tam iş günü
Sumqayıt, Azərbaycan
16/10/2026 - 30/10/2026

İş haqqında məlumat

Şirkət: “VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC)

Vəzifə öhdəlikləri:

  • Material qiymətlilərinin (yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s.) müəssisədaxili prosedurlara uyğun qəbulunu, saxlanılmasını və anbardan buraxılmasını təmin etmək və nəzarətdə saxlamaq;
  • Mədaxil, saxlama və məxaric sənədlərinin həm ERP sistemində, həm də kağız formada qaydalara uyğun rəsmiləşdirilməsini təmin etmək və buna nəzarət etmək;
  • Qəbul edilən qiymətlilərin müşayiətedici sənədlərə uyğunluğuna və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət etmək;
  • Minimal anbar qalıqlarını (yenidən sifariş nöqtələrini) müəyyən etmək və ehtiyatların bu səviyyədən aşağı düşməməsini təmin etmək;
  • Anbarda SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək; yanğınsöndürmə ləvazimatlarının, yanğından mühafizə sisteminin, avadanlıq və inventarın saz vəziyyətinə və vaxtında təmirinə nəzarət etmək;
  • Yükləmə-boşaltma və yerləşdirmə işlərini təşkil etmək və onlara nəzarət etmək;
  • Aylıq sayımların aparılmasını və aktlaşdırılmasını təmin etmək;
  • Daxili əmrlərə əsasən əmtəə-maddi sərvətlərin inventarizasiyasında iştirak etmək;
  • Nasaz alətlər və cihazlar üzrə qüsur cədvəllərinin, onların təmiri və silinməsi, həmçinin materialların çatışmazlığı və korlanması barədə aktların düzgün tərtibinə nəzarət etmək;
  • Anbar işçilərinə rəhbərlik etmək, onların səriştəsini mütəmadi qiymətləndirmək və inkişafı üçün tədbirlər görmək;
  • Anbar əməliyyatlarının düzgün və səmərəli idarə olunması üçün prosedur və qaydaları hazırlamaq;
  • Şirkət rəhbərliyinə mütəmadi olaraq hesabatlar və səmərələşdirici təkliflər təqdim etmək.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür);
  • Müvafiq sahədə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • ERP sistemlərində (1C, Logo Tiger, Odoo və s.) iş təcrübəsi;
  • Anbar biznes proseslərini və prosedur qaydalarını tərtib etmək bacarığı;
  • Effektiv qərarvermə bacarığı;
  • Komanda idarəetməsi, heyəti motivasiya etmək və idarə etmək bacarığı;
  • Fərdi və komanda şəklində səmərəli işləmək, ünsiyyət və planlama bacarıqları;
  • Diqqətlilik, məsuliyyətlilik və operativlik.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək.