Modern Engineering Bureau of Azerbaijan

Anbar təsərrüfatı üzrə mütəxəssis

Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
300
Tam iş günü
Bakı, Azərbaycan
13/07/2026 - 27/07/2026

İş haqqında məlumat

  • Qəbul edilən material və qiymətlilərin müşayiətedici sənədlərlə uyğunluğunun yoxlanılması;
  • Anbar daxilində mal-materialların qruplaşdırılması,düzgün saxlanılması və təhlükəsizliyinin təmin olunması;
  • Yüklərin qəbul olunması, yerləşdirilməsi və boşaldılması proseslərinin təşkili;
  • Aşkar olunan nasazlıq və çatışmazlıqlarla bağlı aktların hazırlanması;
  • Materialların hərəkəti üzrə anbar proqramında uçotun aparılması və hesabatların hazırlanması.
  • Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslim prossesində iştirak etmək
  • Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq (giriş, çıxış, qalıq miqdarı),Sənədlərin (qaimələr, aktlar, fakturalar və s.) düzgün və vaxtında tərtib olunmasına nəzarət        
  • Anbarda təmizlik, nizam-intizam, məhsulların salamatlığını qorumaq və təhlükəsiz vəziyyətdə saxlanılması,məhsulun saxlanma şəraitinə nəzarət edilməsi (rütubət, temperatur və s.)
  • Müəyyən edilmiş dövrlərdə inventarizasiya prossesində iştirak etmək
  • Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, vaxtı bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək
  • Yükləmə - boşaltma işlərinin təşkili, nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək

İş şəraiti:

  • 5 günlük iş həftəsi (09:30 - 18:30);
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.

Tələblər

  • Ali təhsil;
  • Anbar təsərrüfatı (əsasən neft-qaz )sahəsində minimum 5 il iş təcrübəsi;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını bilmək;
  • ERP və ya anbar uçotu proqramları ilə işləmək bacarığı üstünlükdür;
  • Dil bilikləri: Aərbaycan dili səlis, ingilis və rus dili orta səviyyədə
  • Məsuliyyətli, diqqətli və yüksək təşkilatçılıq bacarığına malik olmaq;
  • Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun