Azera Holding

Anbardar

1000 ₼
1683
Tam iş günü
Bakı, Azərbaycan
29.04.25 - 29.05.25

İş haqqında məlumat

  • İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
  • Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
  • Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
  • Yükün qablaşdırılmasına diqqət yetirmək;
  • Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
  • Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
  • Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;
  • «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;
  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
  • 6 günlük iş qrafiki;
  • Unvan: Bakı şəh, Zirə Südçülük Sovxozu.

Tələblər

  • Orta ixtisas təhsili;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • MC Office və 1C proqram biliyi;
  • Bəy namizədlərə üstünlük verilir.