Fortis Group

Anbardar

Fortis Group
Ə/h razılaşma ilə
2100
Tam iş günü
Xırdalan, Azərbaycan
13.05.25 - 13.06.25

İş haqqında məlumat

  • Əmtəə-maddi sərvətlərin anbara qəbulunun, mühafizəsinin və buraxılmasının, yenidən geri alınmasının təmin edilməsi;
  • Əmtəə-maddi sərvətlərin istifadə qaydalarına (texniki şərtlərinə) uyğun şərtlərdə (məs: lazımi temperatur şəraiti, ətraf mühitin mənfi təsirlərindən qorunan məkanda və s.) saxlanılmasının təmin edilməsi;
  • Məhsulların saxlanılma yerlərinin  təmizliyinin təmin edilməsi;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil–məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi;
  • Anbardan məxaric olunan məhsulların, əmtəə-maddi sərvətlərin təhvilinə nəzarət edilməsi;
  • Vaxtaşırı sistem (proqram) ilə faktiki anbarın yekunlarının və qalıqlarının müqayisəsinin aparılmasının təmin edilməsi;
  • Anbardan ən çox tələb olunan əmtəə-maddi sərvətlər üçün minimum stok (ehtiyyat) siyahısının hazırlanması;
  • Anbarda, yanğına qarşı ləvazimatların olmasına və onun sazlığına, avadanlığın və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
  • İstehsal tarixi köhnə olan əmtəə-maddi sərvətlərlə bağlı rəhbərliyə məlumat verilməsi;
  • Sistemdən yararsız əmtəə-maddi sərvətlərin rəhbərliyin icazəsi əsasında  silinməsinə nəzarət edilməsi;
  • Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak edilməsi;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
  • Əmək haqqı: Razılaşma əsasında təyin olunur.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı.


Oxşar vakansiyalar