Sumqayıt,
Azərbaycan
28.07.2025 22:01
-
28.08.2025 12:00
İş haqqında məlumat
- Xammal, mal və materialların qəbulu, sahələrə paylanması;
- Satın alınan əsas vəsaitlərin və invertarların məsul şəxslərə təhkim edilməsi;
- Yarımfabrikatların, qeyri-hazır məhsulların və hazır məhsulların satışının, yüklənməsinin, satışdan və alışdan geri qaytarma əməliyyatlarının icrası;
- Anbara qəbul olunan xammal və materiallar üçün təftiş sorğusunun hazırlanması, müvafiq cavabdeh bölmələrə göndərilməsi, xammal, materiallar istehsalata yararsız olduqda isə karantinə alınması və rəhbərliyə yazılı məlumat verilməsi;
- Xarici satışlar zamanı yola salınacaq yüklərin lazımi sənədlərinin tərtib olunması;
- İstifadəyə yararsız kabellərin aktının tərtibi və müvafiq sahəyə göndərilməsinin icrası;
- İşlənmiş barabanların satınalmadan qəbulu, baraban bölmə əməliyyatının icrası;
- Anbar sayımlarda iştirak edilməsi;
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı - Növbəli;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Tələblər
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Ali təhsil;
- ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.