ASSAN-STP Panel

Anbardar

ASSAN-STP Panel
Ə/h razılaşma ilə
756
Növbəli iş
Sumqayıt, Azərbaycan
19.08.2025 09:21 - 19.09.2025 12:00

İş haqqında məlumat

  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etmək;
  • Sərbəst dövriyyə daxildə emal anbarlarındakı yüklərin, malların qəbulu və çıxışının siyahısını tərtib etmək;
  • Yüklərini anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Yükün qəbulu və hazır məshsulun göndərilməsi prosesində ERP proqramında müvafiq əməliyyaların yerinə yetirilməsi;                       
  •  «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
  • Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması prosesinə nəzarət ermək;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsür cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
  • Anbarda saxlanılan materialların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq;
  • Aylıq və illik sayımları keçirilməsi və rəhbərliyə hesabatının verilməsi.

İş şəraiti

  • İş yeri: Azərbaycan, Sumqayıt;
  • İş qrafiki: 5 günlük - Növbəli (1-ci növbə 08:00-16:00, 2-ci növbə 16:00-00:00);
  • Şənbə və bazar istirahət günləri.

Digər məlumatlar:

  • Servislə təmin olunma;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə (korporativ paket);
  • İllik Tibbi sığorta paketi;
  • Böyük və prestijli şirkətdə işləmək imkanı;
  • Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.

Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Tələblər

  • Ali təhsil;
  • İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • İngilis dili (orta səviyyə);
  • Kompüter proqramlarında işləmə bacarığı (ERP, Excel, Word);
  • Daimi araşdırma bacarığı;
  • Yeni texnologiyalara öyrənməyə həvəsli;
  • Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.


Oxşar vakansiyalar