Bakı,
Azərbaycan
30.09.2025 12:37
-
30.10.2025 12:00
İş haqqında məlumat
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
- Mal-materialın qəbulu,təhvili, sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının 1C proqramında aparılması.
İş şəraiti:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00;
- Əmək haqqı: 600 azn;
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzuda “Anbardar” vakansiyası yazaraq göndərməkləri xahiş olunur.
Tələblər
- Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Laboratoriya yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
- 1C proqramında sərbəst işləyə bilən bəy namizədlər.
- Azərbaycan dili sərbəst , Rus dili arzuolunandır.
- Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell və 1C) proqramlarını mükəmməl bilməlidir;
- Yüksək səviyyədə problem həll etmə bacarıqları;
- Təşəbbüskarlıq;
- Məsuliyyətlilik;
- Cavabdehlik;
- Komanda ilə işləmə bacarığı;
- Stresə davamlılıq.