İş haqqında məlumat
Haqqımızda
Təkər sənayesində 44-cü ilini qeyd edən Türkiyənin köklü və lider təkər markası Lassa 1974-cü ildə təməli qoyulub. Sabancı Holdinq tərəfindən qurulan Lassa, 1978-ci ildə istehsala başladıqdan on il sonra Yapon nəhəngi Bridgestone Corporation ilə ortaqlıq quraraq Brisa adını aldı.
Dünya Lassa təkərləri ilə fırlanır.
Təkər sənayesində hər gün böyüyən Lassa, türk yolları sahəsindəki təcrübəsini bütün dünyaya, xüsusilə də Avropa ölkələrinə satır. 350.000 m2 sahəsi ilə dünyanın ən böyük təkər fabriklərindən biri olan Brisada istehsal edilən Lassa, 50-dən çox ölkədəki yüzlərlə satış nöqtəsində istehlakçılarını Lassa təkərlərinin keyfiyyəti ilə bir araya gətirir. Lassa təkərləri müştəri məmnuniyyəti üçün fırlanır.
- Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi;
- Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi;
- Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi;
- Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Material və məhsulların korlanmasının və itkisinin qarısını almaq məqsədilə onların müvafiq qaydada saxlanılmasını təmin etmək;
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işləri təmin etmək;
- Qüsurlu, korlanmış ebatlar üçün qüsur cədvəllərini, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə tələblərinə uyğun olaraq, işin aparılmasını təmin etmək;
- İş yükünün planlaşdırılması.
İş şəraiti:
- İş vaxtı: 1-5-ci günlər 09:00–17:00; 6-cı gün 09:00 – 14:00, bazar-istirahət günü (nahar vaxtı 13:00 – 14:00 və ya 14:00-15:00);
- Əmək haqqı: 1200-1500 AZN (namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir);
- Korporativ nömrə və danışıq limiti;
- Ünvan: Aşağı Güzdək qəsəbəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Anbardar” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Təhsil: Ali təhsil (logistika üzrə üstünlükdür);
- İş təcrübəsi: Minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili-əla, türk dili-yaxşı;
- Kompüter bilikləri: MS Office (Word, xüsusilə Excel (çox yaxşı səviyyədə) Outlook);
- Sürücülük vəsiqəsi: BC kateqoriyası üstünlükdür
- Təkər, disk, akkumulyatorların düzülüş və saxlanma şəraiti haqqında biliklər;
- Anbar işinin təşkili üzrə təcrübə;
- Punktuallıq və məsuliyyətlilik, dürüstlük;
- İdarəetmə və komandada işləmə, komandada inkişafı təşviq etmək bacarığı;
- Hesabatlılıq.