Diamed Medical Group
800 - 1200 ₼
375
Tam iş günü
Bakı, Azərbaycan
07/11/2025 - 07/12/2025

İş haqqında məlumat

  • Anbarda olan bütün məhsulların düzgün  şəkildə çeşidlənməsi,  sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi;
  • Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi;
  • Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi;
  • Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və  tələb olunduqda hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Material və məhsulların korlanmasının və itkisinin qarısını almaq məqsədilə onların müvafiq qaydada saxlanılmasını təmin etmək;
  • Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işləri təmin etmək;
  • Qüsurlu, korlanmış ebatlar üçün qüsur cədvəllərini, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə tələblərinə uyğun olaraq, işin aparılmasını təmin etmək;
  • İş yükünün planlaşdırılması.

İş şəraiti:

  • İş vaxtı: 1-6-ci günlər;
  • Əmək haqqı: 800-1200 AZN (namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir);
  • Ünvan: Pirallahı Diamed Co MMC.

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • CV göndərərkən mövzu bölməsinə Anbardar sözü mütləq qeyd edilməlidir.

Tələblər

  • Təhsil: Ali  və orta ixtisas təhsili;
  • İş təcrübəsi: Minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili-əla, rus və  ingilis dili  üstünlükdür;
  • Kompüter bilikləri: 1C  (Word, xüsusilə Excel ( yaxşı səviyyədə);
  • Anbar işinin təşkili üzrə təcrübə;
  • məsuliyyətlilik, dürüstlük;
  • Hesabatlılıq.