Qala Group

Anbardar

Qala Group
Ə/h razılaşma ilə
497
Tam iş günü
Bakı, Azərbaycan
18/11/2025 - 18/12/2025

İş haqqında məlumat

İnşaat layihəsi üzrə materialların, avadanlıqların və alətlərin düzgün qəbul olunması, qeydiyyatı, saxlanması və buraxılışının idarə olunması, həmçinin anbar uçotunun tam şəffaf və dəqiq aparılması.

  • İnşaat materiallarının, alət və avadanlıqların qəbulu, inventarlaşdırılması və düzgün şəkildə anbara yerləşdirilməsi.
  • Gündəlik anbar uçotunun aparılması (giriş-çıxış qaimələri, sərf aktları və s.).
  • Material tələblərinin və sərfiyyatının qeydiyyatı, müvafiq şöbələrlə koordinasiya.
  • Anbarda saxlanılan məhsulların keyfiyyətinə, təhlükəsizliyinə və düzgün şəraitdə qorunmasına nəzarət.
  • Podratçılar və təchizatçılarla sənədləşmə prosesinin (qaimə, təhvil-təslim, qəbul aktları) düzgün aparılması.
  • Həftəlik və aylıq inventarizasiya prosesində iştirak və hesabatların hazırlanması.
  • İcra olunan işlərə uyğun olaraq sahə mühəndislərinin material tələblərini vaxtında təmin etmək.
  • Anbarın səliqəsinə, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına riayət olunmasını təmin etmək.
  • Elektron uçot sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi.

Layihə: İnşaat Layihəsi
İş rejimi: Tam ştat
İş yeri: Sea Breeze ərazisi

Təklif olunur:

  • Rəsmi əmək müqaviləsi
  • Stabil əmək haqqı
  • Nəqliyyat və nahar təminatı (şirkət siyasətindən asılı olaraq)

Tabeçilik:

  • Layihə rəhbəri / Tikinti departamenti rəhbəri

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Tələblər

  • İnşaat və ya istehsalat sahəsində Anbardar kimi minimum 1–2 il iş təcrübəsi.
  • Anbar uçot sistemləri, qaimə-sənəd dövriyyəsi və material nomenklaturası üzrə biliklər.
  • MS Excel və digər anbar proqramlarında işləmə bacarığı üstünlükdür.
  • Dəqiqlik, məsuliyyətlilik və operativlik.
  • Komanda ilə işləmə və sahə mühəndisləri ilə düzgün koordinasiya bacarığı.
  • Dürüstlük və maddi məsuliyyət daşıma öhdəliyi.

Oxşar vakansiyalar