Iktex LLC

Anbardar

Iktex LLC
600 - 900 ₼
3830
Tam iş günü
Bakı, Azərbaycan
11/02/2026 - 25/02/2026

İş haqqında məlumat

  • Anbara daxil olan və çıxan malların qəbulu və təhvil verilməsini təmin etmək;
  • Malların düzgün yerləşdirilməsini və qorunmasını təmin etmək;
  • Anbarda olan məhsulların uçotunu aparmaq;
  • İnventarizasiya prosesində iştirak etmək;
  • Mal-material çatışmazlıqlarını vaxtında aşkar edib rəhbərliyə məlumat vermək;
  • Anbarın təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Yükləmə və boşaltma işlərində iştirak etmək;
  • Anbar sənədlərinin düzgün aparılmasını təmin etmək;
  • Təhlükəsizlik və daxili qaydalara riayət etmək.

Əmək haqqı:

  • Əmək haqqı 600–900 AZN aralığında olmaqla, namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcəkdir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmi əmək müqaviləsi;
  • Sabit iş qrafiki və sosial təminatlar

Tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Hərbi mükəlləfiyyətli olmaq;
  • Yaş həddi: 20–25 yaş;
  • Anbar uçotu və inventarlaşdırma üzrə ilkin biliklər;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Fiziki işləri yerinə yetirmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Vaxtın idarə olunması;
  • MS Excel üzrə ilkin biliklər arzuolunandır;
  • Anbar proqramları ilə işləmə bacarığı üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.