OpenOptix

Anbardar

OpenOptix
Ə/h razılaşma ilə
737
Tam iş günü
Bakı, Azərbaycan
14/04/2026 - 28/04/2026

İş haqqında məlumat

  • Anbar fəaliyyətlərinin gündəlik idarə olunmasını və koordinasiyasını həyata keçirmək 
  • Xammal, yarımfabrikat və hazır məhsulların qəbulunu, saxlanmasını və buraxılışını nəzarətdə saxlamaq 
  • Inventar uçotunun düzgün aparılmasını təmin etmək və sistemdə məlumatların dəqiqliyinə nəzarət etmək 
  • Mütəmadi inventar yoxlamaları təşkil etmək və nəticələri təhlil etmək 
  • Uyğunsuzluqları (çatışmazlıq, artıq qalıq və s.) araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək 
  • Anbar sahəsinin səmərəli təşkilini təmin etmək (yerləşdirmə, zonalaşdırma və s.) 
  • Materialların düzgün saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək 
  • Anbar proseslərini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün təkliflər vermək 
  • İstehsalat, satınalma və logistika komandaları ilə koordinasiyalı işləmək 
  • Hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək 
  • ERP və ya digər sistemlərdə inventar məlumatlarının düzgün idarə olunmasını təmin etmək 
  • İş təlimatlarına (SOP) və daxili prosedurlara riayət olunmasına nəzarət etmək 
  • Təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək.
  •  Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

İmkanlar və Əlavə Qeydlər

  • Könüllü tibbi sığorta
  • Karyera inkişafı və peşəkar təlim imkanları
  • Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
  • İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
  • Təşəbbüs və innovativ ideyalara dəstək
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • İş yeri: istehsalat sahəsi 

Tələblər

  • Təhsil: Minimum orta təhsil (və ya daha yüksək)
  • Təcrübə: Təcrübə arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək)
  • İnventar idarəetmə sistemləri və MS Excel proqramı ilə işləmə təcrübəsi olan namizədlərə üstünlük verilir 
  • Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı 

Dil bilikləri:

  • Azərbaycan dili – mütləq 
  • Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur

Səriştələr:

  • Güclü təşkilatçılıq və planlama bacarıqları 
  • Analitik düşünmə və problemlərin həlli bacarığı 
  • Qərarvermə və prioritetləşdirmə qabiliyyəti 
  • Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma 
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı 
  • Dəqiqlik və detallara diət (xüsusilə inventar idarəetməsində) 
  • Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı 
  • Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar