Bakı,
Azərbaycan
20/04/2026
-
04/05/2026
İş haqqında məlumat
- Tibbi təyinatlı məhsulların anbara qəbulunun təşkili, düzgün şəkildə yerləşdirilməsi və aidiyyəti şöbələrə operativ şəkildə çatdırılması
- Daxil olan məhsulların e-qaimə fakturalar əsasında sistemdə qeydiyyata alınması
- Qəbul zamanı məhsulların sayının, markalanmasının və qablaşdırma vəziyyətinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi
- Məhsulların saxlanma xüsusiyyətlərinə uyğun olaraq anbarda optimal şəkildə yerləşdirilməsinin təmin edilməsi
- Anbardan çıxan məhsulların proqram təminatı vasitəsilə uçotunun aparılması
- Qəbul və təhvil proseslərində bütün sənədlərin düzgün və dəqiq şəkildə yoxlanılması
- Anbar fəaliyyəti ilə bağlı normativ və daxili qaydalara riayət olunmasına nəzarət
- Rəhbərlik tərəfindən verilən tapşırıqların səlahiyyətlər çərçivəsində vaxtında və məsuliyyətlə yerinə yetirilməsi
İş rejimi:
- Rəsmi sənədləşmə
- Nahar şirkət tərəfindən verilir
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Tibbi məhsulların saxlanma qaydaları və inventar uçotu haqqında ilkin biliklər
- Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq
- Kompüter bilikləri
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.