One Solution MMC

Anbardar

One Solution MMC
Ə/h razılaşma ilə
862
Tam iş günü
Bakı, Azərbaycan
27/04/2026 - 11/05/2026

İş haqqında məlumat

  • Tikinti materiallarının (sement, armatur, elektrik və s.) qəbulunu sənədlər əsasında həyata keçirmək;
  • Saxlanma rejimi, təhlükəsizlik və salamatlıq şərtlərinə riayət olunmasına nəzarət etmək
  • Anbara gələn sifarişlərin mövcud olub-olmamasını yoxlamaq, daxil olan mal və yükləri qeydiyyata almaq və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparmaq;
  • Anbar uçotunu (mal-materialın qəbulu və təhvili) düzgün aparmaq;
  • Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal məlumat vermək;
  • Verilən materialların sənədlərini (tələbnamə, qaimə və s.) düzgün rəsmiləşdirmək;
  • Material itkilərinin, çatışmazlıqların və israfın qarşısını almaq;
  • Aşkar edilən uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Təchizatçılardan materialların qəbulunda iştirak etmək;
  • Tikinti sahəsinə materialların təsdiqlənmiş tələblər əsasında verilməsini təmin etmək;
  • Anbarda səliqə-sahmanı və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
  • Rəhbərliyə və mühasibatlığa material hərəkəti üzrə məlumat təqdim etmək;
  • Anbar avadanlıqlarının saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
  • Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
  • Anbarla bağlı sənədləri vaxtında və düzgün hazırlamaq;
  • Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbar stokunda yoxlama aparmaq və yalnız mövcudluq təsdiqləndikdən sonra 1C proqramı və ya elektron məktub vasitəsilə buraxılışını icra etmək.
  • Əməkhaqqı məbləği: Müsahibə əsasında.
  • İş yerinin ünvanı: Bakı şəhəri
  • Həftənin iş günləri: Həftədə 6 gün (Şənbə günü qısaldılmış iş günüdür)
  • İş saatları: 09:00 -18:00, Şənbə günləri 09:00-15:00 (bir saat nahar fasiləsi)

Tələblər

  • Cins: Kişi,
  • Yaş: 25-45 yaş aralığında
  • İş təcrübəsi müddəti: Minimum 2 il
  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan dili mütləq, rus dili üstünlükdür
  • Digər tələblər: 1C üzrə proqram bilikləri və Tikinti sahəsində anbar təcrübəsi tələb olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.