Anqard

Anbardar

Anqard
Ə/h razılaşma ilə
516
Tam iş günü
Bakı, Azərbaycan
12/05/2026 - 26/05/2026

İş haqqında məlumat

  • Anbara daxil olan məhsul və materialların qəbulunu həyata keçirmək; 
  • Məhsulların sayını, keyfiyyətini və sənədlərini yoxlamaq; 
  • Məhsulların anbar daxilində düzgün yerləşdirilməsini təmin etmək; 
  • Hazır məhsulların sifarişlərə uyğun yüklənməsini təşkil etmək; 
  • Anbar qalıqlarının gündəlik və aylıq uçotunu aparmaq; 
  • Mal-material hərəkəti ilə bağlı sənədləşməni düzgün icra etmək; 
  • Inventarizasiya prosesində iştirak etmək; 
  • Anbarın səliqə-sahmanına və təhlükəsizlik qaydalarına nəzarət etmək; 
  • Məhsulların zədələnməsinin və itkisinin qarşısını almaq. 

İş şəraiti

  • İş qrafiki: 6 günlük 
  • İş saatı 09:00-18:00-dək
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur; 
  • İş yeri: Bakı şəhəri, Mehdiabad qəsəbəsi

Tələblər

  • Minimum orta ixtisas və ya ali təhsil; 
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür. 
  • Anbar uçotu və sənədləşmə qaydalarını bilmək; 
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; 
  • 1C və ya digər anbar proqramlarında işləmək üstünlükdür; 
  • Məsuliyyətli, diqqətli və operativ olmaq; 
  • Komandada işləmək bacarığı; 
  • Fiziki iş rejiminə uyğun olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.