Bakı,
Azərbaycan
20/05/2026
-
03/06/2026
İş haqqında məlumat
“Aral Auto” MMC məsuliyyətli və peşəkar “Anbardar” vakansiyası üzrə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
- Malların anbara mədaxil və məxaric olunmasını təmin etmək;
- Malların düzgün çeşidlənməsi və yerləşdirilməsini həyata keçirmək;
- Anbar qalığının gündəlik nəzarətdə saxlanılması;
- Məhsul hərəkətlərinin sistem üzərindən qeydiyyatının aparılması;
- Servis və satış şöbələrinin sifarişlərinin vaxtında hazırlanması;
- İnventarizasiya prosesində iştirak etmək;
- Anbar daxilində təhlükəsizlik və nizam-intizam qaydalarına riayət olunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları operativ şəkildə icra etmək.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil iş mühiti;
- Peşəkar inkişaf imkanı.
Tələblər
- Anbar sahəsində minimum 3 il iş təcrübəsi;
- Ehtiyat hissələri və avtomobil sektoru üzrə biliklər üstünlükdür;
- İlkin kompüter bilikləri;
- MS Office proqramları və anbar proqramları (1C) ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.