Adentta MMC

Anbardar

Adentta MMC
850 ₼
321
Tam iş günü
Bakı, Azərbaycan
04/06/2026 - 18/06/2026

İş haqqında məlumat

  • Anbara daxil olan məhsulların qəbulunu, yoxlanılmasını və düzgün yerləşdirilməsini təmin etmək;
  • Məhsulların qəbulu və təhvili ilə bağlı sənədlərin hazırlanması və qeydiyyatını aparmaq;
  • Sifarişlərə uyğun məhsulların seçilməsi, hazırlanması və göndərilməsini təmin etmək;
  • Anbar qalıqlarına nəzarət etmək və mütəmadi sayımlar aparmaq;
  • Məhsulların saxlanma şərtlərinə və son istifadə tarixlərinə nəzarət etmək;
  • Anbarın səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək;
  • İnventarizasiya proseslərində iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş şəraiti:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 09:00 – 15:00
  • İş ünvanı: Bakı şəhəri, Həsən Əliyev 82f (backoffice)
  • Əmək haqqı: Fiks 850 AZN və rüblük bonus

Tələblər

  • Ali təhsilli, yalnız bəy namizədlər;
  • Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi;
  • Kompüter bilikləri (MS Office proqramları üzrə baza səviyyədə bilik);
  • 1C proqramında işləmək bacarığı (anbar uçotu, məhsul hərəkətləri, qalıqların izlənməsi və sənədləşmə əməliyyatları üzrə təcrübə üstünlükdür);
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
  • Komandada işləmək bacarığı;
  • Operativ qərarvermə və vaxtın düzgün idarə olunması bacarığı;
  • Fiziki aktiv iş rejiminə uyğun olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.