BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
391
Tam iş günü
Bakı, Azərbaycan
01/07/2026 - 15/07/2026

İş haqqında məlumat

Gəncə şəhərində servis mərkəzinə anbardar vəzifəsinə namizəd axtarışındayıq.


Anbarın gündəlik idarə edilməsi: materialların, alətlərin və ehtiyat hissələrinin düzgün saxlanılması və izlənməsi.

  • Malların qəbul edilməsi, yerləşdirilməsi və ehtiyatların yoxlanılması.
  • Malların uçotu və anbarın inventarizasiyası: materialların sayı və keyfiyyəti haqqında məlumatın daim yenilənməsi.
  • Əməliyyatlar üçün lazım olan materialların təmin edilməsi: tələb olunan ehtiyatların sifarişi və çatdırılmasına nəzarət etmək.
  • Anbarın səliqəli və təmiz saxlanması: materialların düzgün şəkildə yerləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
  • Malların daşınması və qəbulu zamanı düzgün prosedurların izlənməsi.
  • Nasazlıq və itki olduqda dərhal rəhbərliyə məlumat verilməsi.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi.
  • Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.

Tələblər

  • Anbar idarəetməsi sahəsində təcrübə.
  • Dil bilikləri: ingilis dili, rus dili
  • İnventarizasiya və ehtiyatların idarə edilməsi barədə biliklər.
  • 1Cvə ofis proqramları ilə işləmə bacarığı.
  • Yüksək təşkilatçılıq və komanda idarəetmə bacarıqları.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar