Cronos Construction
Ə/h razılaşma ilə
478
Tam iş günü
Bakı, Azərbaycan
04/09/2026 - 18/09/2026

İş haqqında məlumat

CRONOS CONSTRUCTION MMC vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Anbara daxil olan mal-materialların qəbulunu, yoxlanılmasını və düzgün yerləşdirilməsini təmin etmək;
  • Malların giriş-çıxış uçotunu aparmaq və müvafiq sənədləşməni həyata keçirmək;
  • Anbar qalıqlarına gündəlik nəzarət etmək;
  • Materialların düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək;
  • Müntəzəm inventarizasiya və sayımlarda iştirak etmək;
  • Anbarın səliqəli və nizamlı vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Mal-materialların təhvil-təslim prosesini həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

  • Anbardar vəzifəsində minimum 5 il iş təcrübəsi;
  • Anbar uçotu və sənədləşmə qaydaları barədə bilik;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Fiziki cəhətdən sağlam olmaq;
  • Komandada işləmək bacarığı;
  • Tikinti sahəsində anbar təcrübəsinin olması üstünlükdür.

İş şəraiti:

  • İş yeri: Qarabağ
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Qalmaq: Təmin olunur
  • Yemək: Təmin olunur
  • Əmək müqaviləsi: Rəsmi rəsmiləşdirmə
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.