GFC MMC

Anbardar

GFC MMC
Ə/h razılaşma ilə
661
Tam iş günü
Bakı, Azərbaycan
23/09/2026 - 06/10/2026

İş haqqında məlumat

İş yeri – Xırdalan şəhəri, anbar.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Əsas vəzifə öhdəlikləri:

  • Anbara daxil olan məhsulların qəbulunun, qeydiyyatının və düzgün saxlanılmasının təmin edilməsi;
  • Məhsullar qəbul edilərkən təsdiqedici sənədlərə əsasən faktiki miqdarın və çeşid uyğunluğunun yoxlanılması;
  • Məhsulların qablaşdırılma vəziyyətinin yoxlanılması və müvafiq sənədləşmənin aparılması;
  • Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi;
  • Məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin və saxlanılmasının təşkil edilməsi;
  • Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və dövriyyəsinə nəzarət edilməsi;
  • Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə riayət olunmasının təmin edilməsi;
  • Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların düzgün və vaxtında komplektləşdirilməsinin, yığılmasının, qablaşdırılmasının və filiallara göndərilməsinin təşkil edilməsi, həmçinin anbardan məhsul çıxışının müvafiq sənədlər əsasında rəsmiləşdirilməsi;
  • Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatının aparılması;
  • Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması;
  • Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkil edilməsi;
  • Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
  • Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və müvafiq hesabatların təqdim edilməsi;
  • İnventarizasiyalarda iştirak edilməsi və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması;
  • Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarının vaxtında müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması;
  • Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak edilməsi;
  • Anbarın daim səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi.

Tələblər

  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Qida sahəsində minimum 1 il iş təcrübəsinin olması;
  • Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklərin olması;
  • Komandada işləmək bacarığı; 
  • Diqqətli, məsuliyyətli və operativ olmaq; 
  • Vaxtın effektiv idarə edilməsi bacarığı;
  • Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik;
  • 1 C 8.3 proqramında işləmək bacarığı;
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

    İş şəraiti:
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi;
  • Anbar – Xırdalan şəhəri; 
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiyalar