AZCD Group QSC

Anbardar (İnşaat)

AZCD Group QSC
Ə/h razılaşma ilə
329
Tam iş günü
Bakı, Azərbaycan
05.11.2025 04:18 - 05.12.2025 12:00

İş haqqında məlumat

Anbardar müəssisədə materialların, avadanlıqların və məhsulların düzgün şəkildə qəbulunu, yerləşdirilməsini, qorunmasını və uçotunu təmin edir. O, anbara daxil olan və anbardan çıxan malların qeydiyyatını aparır, onların miqdarına və keyfiyyətinə nəzarət edir, həmçinin ehtiyat səviyyələrini izləyir, çatışmazlıqların və itkilərin qarşısını almaq üçün tədbirlər görür, inventarizasiya prosesində iştirak edir və rəhbərliyə mütəmadi hesabatlar təqdim edir.

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
  • Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
  • Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
  • Mal və materialların inventar üzrə qeydiyyatını aparmaq;
  • Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
  • Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
  • Anbar qalıqlarının qeydiyyatını aparmaq;
  • Anbarda məhsulların çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq;
  • Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsini təşkil etmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti;
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün);
  • İş vaxtı: 09:00-18:00;
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi,;
  • MS Office (Word, Excel) proqramlarını yaxşı bilməli; 
  • Anbar uçotu, məhsul dövriyyəsi prosesləri üzrə nəzəri və praktiki biliklər;
  • Məsuliyyətli və diqqətli olmalıdır;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.


Oxşar vakansiyalar