Bakı,
Azərbaycan
03/06/2026
-
17/06/2026
İş haqqında məlumat
- Anbara daxil olan material və avadanlıqların qəbulunu həyata keçirmək və sənədlərə uyğunluğunu yoxlamaq
- Materialların düzgün şəkildə yerləşdirilməsi, saxlanması və qorunmasını təmin etmək
- Anbar üzrə giriş və çıxış əməliyyatlarını tələbnamələr və qaimələr əsasında aparmaq
- Anbar uçotunu (gündəlik qalıqlar, mədaxil və məxaric) dəqiq şəkildə aparmaq
- Elektron uçot sistemlərində (Excel, 1C və s.) məlumatları vaxtında yeniləmək
- Materialların itki, zədələnmə və düzgün istifadə olunmasına nəzarət etmək
- Anbarın səliqə-sahmanını və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- Rəhbərliyə gündəlik və aylıq anbar hesabatlarını təqdim etmək
- Tikinti materiallarının və avadanlıqların layihə üzrə sərfiyyatına nəzarət etmək
İş şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti;
- İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi);
- İş yeri: Bakı;
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Məsuliyyətlər
- Tikinti materiallarının (sement, armatur, beton, metal konstruksiya və s.) qəbul və təhvil prosesinin aparılması
- Materialların layihə üzrə düzgün uçotunun və hərəkətinin təmin edilməsi
- Anbara daxil olan malların miqdar və keyfiyyət baxımından yoxlanılması
- Materialların sahəyə verilməsi və sərfiyyatın gündəlik qeydiyyatı
- Anbar qalıqlarının daim nəzarətdə saxlanılması və inventarizasiyada iştirak
- Subpodratçılara verilən materialların ayrıca uçotunun aparılması
- Sənədləşmənin (qaimə, akt, tələbnamə və s.) düzgün və vaxtında aparılması
- Materialların itki, zədələnmə və israfının qarşısının alınması
Tələblər
- Orta və ya ali təhsil
- Tikinti sahəsində anbar və ya material uçotu üzrə minimum 1–3 il iş təcrübəsi
- MS Excel və anbar proqramlarında (1C, ERP və s.) işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və diqqətli olmaq
- Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.