Sumqayıt,
Azərbaycan
22.08.2025 04:05
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək;
- Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
- Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək;
- Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək;
- Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək;
- Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
- Anbarlara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək;
- Aylıq mühasibatlığa anbarda olan malların hesabatını təqdim etmək
- Yüklərin daşınma və çatdırılma proseslərinin düzgün planlaşdırılması və nəzarətdə saxlanılması;
- Logistika partnyorları və daşıyıcı şirkətlərlə əlaqələrin qurulması və koordinasiyası;
- Daşınmalarla bağlı sənədləşmənin düzgün və tam şəkildə hazırlanması;
- Gömrük və idxal proseslərində iştirak, uyğun sənədlərin təmin edilməsi;
- Daşınma marşrutlarının optimallaşdırılması və nəqliyyat xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması;
- Anbar ilə əlaqəli logistik fəaliyyətlərin koordinasiyası.
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 5 günlük (09:00 – 18:00);
- Ünvan: Sumqayıt şəhəri .
Müraciət üçün: CV-nizə “Anbardar” vəzifəsi qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur
Tələblər
- Yaş aralığı (24-38);
- Ali və ya ixtisas təhsili ;
- Sahəsi üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
- Hər növ nəqliyyatda yük daşınmasının təşkili barədə məlumatlı olmalıdır;
- Malların və avadanlıqların xüsusiyyətlərini bilməlidir;
- Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
- Sahəsinə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
- MC Office və Outlook proqram bilməlidir (xüsusu olaraq 1C proqramı) .