Bakı,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
- Malların (təkərlər, disklər, yağ məhsulları, akkumulyator və s.) anbarda qəbulunda, sayılmasında və yerləşdirilməsində anbardara yardım etmək.
- Gündəlik daxil olan və çıxan malların hərəkətində iştirak etmək.
- Məhsulların markalanması, etiketlənməsi və düzgün yerləşdirilməsi prosesində iştirak etmək.
- Malların daşınması və yüklənməsi zamanı fiziki kömək göstərmək.
- Anbarda təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.
- Anbardarın tapşırığı ilə stok sayımı və inventarizasiya proseslərində iştirak etmək.
- İşdə istifadə olunan inventar, alət və texnikanın (araba, qaldırıcı, skaner və s.) düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
- Malların zədələnməsi, itməsi və ya uyğunsuzluq halları barədə dərhal anbardara məlumat vermək.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
- İş yeri: Badamdar qəs., M.Müşfiq küç.
- Nahar şirkət tərəfindən qarşılanır;
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Orta
- İş təcrübəsi : Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
- Cins: Bəy namizədlər
- Yaş həddi: 20-35 arası
- Dil bilikləri: Azərbaycan dili səlis
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.