Buxar mühəndislik

Anbardar köməkçisi

Buxar Mühəndislik
800 ₼
341
Tam iş günü
Bakı, Azərbaycan
03/08/2026 - 17/08/2026

İş haqqında məlumat

  • Anbara daxil olan malların qəbulunda iştirak etmək.
  • Malların çeşidinə, miqdarına və görünüşünə nəzarət etmək.
  • Məhsulları müəyyən olunmuş qaydada rəflərə və saxlanma yerlərinə yerləşdirmək.
  • Malların yüklənməsi, boşaldılması və sifarişlərə uyğun hazırlanmasında iştirak etmək.
  • Anbarın təmizliyini, səliqəsini və təhlükəsizliyini təmin etmək.
  • Anbar inventarının sayımında və inventarizasiya işlərində iştirak etmək.
  • Malların düzgün saxlanma şəraitinə riayət etmək.
  • Gələn və çıxan malların qeydiyyatı zamanı anbardara kömək göstərmək.
  • Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyi məlumatlandırmaq.
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən digər qanuni tapşırıqları yerinə yetirmək.

İş yeri və rejmi haqqında məlumat:

  • İş rejimi: 6 günlük 
  • Əmək haqqı: 800 AZN
  • Ünvan: Çobanzadə 45 A

Tələblər

  • Orta və ya orta ixtisas təhsili.
  • Anbar işinin əsas prinsiplərini bilmək.
  • Komandada işləmək bacarığı.
  • Fiziki iş yükünə uyğunluq.
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq.
  • MS Office proqramlarından ilkin istifadə bacarığı üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun