Radius MMC

Anbardar Köməkçisi

Radius MMC
500 ₼
169
Tam iş günü
Bakı, Azərbaycan
20/08/2026 - 20/09/2026

İş haqqında məlumat

  • Malların (təkərlər, disklər, yağ məhsulları, akkumulyator və s.) anbarda qəbulunda, sayılmasında və yerləşdirilməsində anbardara yardım etmək.
  • Gündəlik daxil olan və çıxan malların hərəkətində iştirak etmək.
  • Məhsulların markalanması, etiketlənməsi və düzgün yerləşdirilməsi prosesində iştirak etmək.
  • Malların daşınması və yüklənməsi zamanı fiziki kömək göstərmək.
  • Anbarda təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.
  • Anbardarın tapşırığı ilə stok sayımı və inventarizasiya proseslərində iştirak etmək.
  • İşdə istifadə olunan inventar, alət və texnikanın (araba, qaldırıcı, skaner və s.) düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
  • Malların zədələnməsi, itməsi və ya uyğunsuzluq halları barədə dərhal anbardara məlumat vermək.

İş şəraiti:

  • İş saatı : 09:00-18:00 və 12:00-21:00 (növbəli)
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Əmək haqqı: 500 AZN
  • Şirkət: Radius Təkər Mərkəzi

Tələblər

  • Cins: Kişi
  • Yaş həddi: 20-35 yaş
  • Orta təhsil
  • Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi\
  • Dil bilikləri: Azərbaycan dili səlis 
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Müraciət qaydası: 
Maraqlanan namizədlər CV-ni “Anbardar köməkçisi" mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər."