Bakı,
Azərbaycan
20/08/2026
-
03/09/2026
İş haqqında məlumat
“Absheron Hospitality Group” MMC “Anbardar köməkçisi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
- Təchizatçıdan gələn məhsulların qəbul edilməsi;
- Məhsulun növü, miqdarı və keyfiyyətinin yoxlanması;
- Məhsulların çeşidinə görə təsnif edilməsi, anbarda səliqə ilə yığılmasının təmin olunması;
- Məhsulların miqdarı barədə məlumatın dəqiq olması üçün müntəzəm sayımların aparılması;
- Müvafiq əməliyyatlara əsasən məhsulların müştəriyə və ya digər bölmələrə təqdim edilməsi;
- Yola salınacaq məhsulların düzgün qablaşdırılması;
- Anbarın hər zaman təmiz və səliqəli saxlanılması;
- Məhsul və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi;
- Malların fiziki olaraq qaldırılması, daşınması, avtomobilə yüklənməsi və ya boşaldılması;
- Uyğunsuzluqlar aşkar edildikdə rəhbərinə məlumat vermək.
Tələblər
- Müvafiq sahədə 1-2 il təcrübəsinin olması;
- Anbar uçotu sistemləri ilə işləmək bacarığı;
- Barkod və etiket sistemləri ilə işləmə təcrübəsi;
- Məsuliyyətli, dürüst və dəqiq olmaq;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun