Amal Group

Anbardar (Qubadlı rayonu)

Amal Group
1200 ₼
559
Tam iş günü
Qubadlı, Azərbaycan
06/04/2026 - 20/04/2026

İş haqqında məlumat

  • Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialları anbardan buraxmaq; 
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq;   
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
  • Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işlərinə nəzarət etmək;  
  • İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilmək; 
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək;
  • Təlimatları birbaşa rəhbərindən almaq və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına təşkil etmək; 
  • Mövcud alət və avadanlıqları yoxlamaq və hazırlamaq;
  • Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət etmək; 

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
  • Əmək haqqı: 1200 AZN 

Tələblər

  • Təhsil: Orta
  • İş stajı: Anbardar kimi azı 3 il təcrübə
  • 1C proqram təminatını bilmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar