Cəbrayıl,
Azərbaycan
29/12/2025
-
12/01/2026
İş haqqında məlumat
Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri Cəbrayılda mövcud olan “Anbardar (Təchizat və Logistika şöbəsi)” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Əmək haqqı 1000 AZN net (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
- 1C proqramında məlumatların dəqiq və vaxtında işlənməsi;
- Anbar sənədlərinin (qaimə-faktura, təhvil-təslim aktı və s.) düzgün tərtib olunması;
- Anbarda səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlamaq, təşkil etmək və inventarizasiya prosesində iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
Əmək şəraiti:
- İş yeri: Cəbrayıl rayonu;
- İş qrafiki 5 günlük;
- Servis, nahar və qalmaq üçün şərait təmin edilir;
- Tibbi Sığorta;
- Sahə şəraitində işləmə imkanı.
Tələblər
- Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- Araşdırma, analiz və təhlil bacarığı;
- 1C 8.3 proqram təminatında işləmə bacarığı;
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
- Prosesi idarəetmə bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.