hrin.az
Reklam

Anbardar (Xaçmaz)

Yalama Agropark MMC

Əmək haqqı: Razılaşma

210718 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərXaçmaz
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Təsvir

  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal şöbə rəhbərini və mühasibatlığı məlumatlandırmaq;
  • İş gününün əvvəlində və sonunda anbar qalığı təftişini etmək, məlumatları şöbə rəhbərinə bildirmək;
  • Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə nəzarət etmək, mal buraxılışında təlimatın qaydalarına riayət etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək; -
  • Anbara daxil və xaric olan malları 1C sisteminə daxil etmək və təyin edilən qaydalar üzrə rəsmiləşməni həyata keçirmək;
  • Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə etmək;
  • Minimum anbar qalığını gündəlik olaraq izləmək və dövri sifarişlərin alışı üçün şöbə rəhbərinə məlumat vermək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Kompüter bilikləri ( MS Office, 1C (8.3));
  • Anbar uçotu və mal-material dəyərlilərinin hərəkəti üzrə qaydaları bilmək;
  • Yüksək məsuliyyətlilik və diqqətlilik;
  • Dəqiqlik və sistemli işləmək bacarığı;
  • Dürüstlük və etibarlılıq;
  • Hesabatlılıq və intizamlılıq.
Reklam