NBA Technologies International

Aparıcı DevOps mühəndisi (Nomad, Kafka, PostgreSQL, Elastic)

NBA Technologies International
Ə/h razılaşma ilə
440
Tam iş günü
Bakı, Azərbaycan
12/11/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Nomad server və klient mühitlərinin idarə olunması, yerləşdirmə və kvotaların tənzimlənməsi;
  • Kafka və ZooKeeper klasterlərinin idarəsi, yenilənməsi və miqrasiyası; 
  • PostgreSQL (Barman) ehtiyat nüsxələrinin və bərpa proseslərinin təmin edilməsi; 
  • Elasticsearch və Redis resurslarının monitorinqi və optimallaşdırılması;
  • NGINX/HAProxy vasitəsilə L4/L7 load balancer-lərin idarəsi, TLS sertifikat dövriyyəsi;
  • CI/CD boru xətlərinin (Jenkins/GitLab CI) optimallaşdırılması, Nexus artefakt idarəetməsi; 
  • Rundeck vasitəsilə avtomatlaşdırma və insident runbook-larının hazırlanması; 
  • Prometheus/Grafana/ELK/OpenTelemetry ilə monitorinq və SLO tətbiqi;
  • Təhlükəsizlik, sirrlərin idarə olunması və mühitlərin ayrılığı (segregation);

Üstünlük veriləcək biliklər:

  • Consul, Vault, Kafka Connect/Debezium;
  • GitOps və Kubernetes/Helm;
  • OpenTelemetry, SLO dizaynı və observability; 
  • Rundeck job dizaynı və RBAC.

İş şəraiti:

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00;
  • Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.).

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində  tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı DevOps mühəndisi" adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Tələblər

  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
  • DevOps/SRE/Platform mühəndisliyi üzrə 4+ il təcrübə;
  • Nomad, Linux, və şəbəkə (networking) bilikləri;
  • Kafka/ZooKeeper, PostgreSQL (Barman), Elasticsearch, Redis idarəetmə təcrübəsi;
  • NGINX/HAProxy, TLS sertifikat dövriyyəsi üzrə biliklər;
  • Java/Gradle mikroservisləri üçün CI/CD (Jenkins/GitLab CI) və Nexus/Artifactory ilə iş təcrübəsi;
  • Bash/Python skriptləşdirmə və Terraform/HCL ilə infrastruktur idarəetməsi bacarığı;
  • Mürəkkəb sistem problemlərini həll etmə bacarığı;
  • Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
  • Komandada işləmək, öyrənmə bacarıqları.

Oxşar vakansiyalar