F

Aparıcı elektrik (Qəbələ)

Foton
Ə/h razılaşma ilə
3685
Tam iş günü
Qəbələ, Azərbaycan
04/02/2026 - 18/02/2026

İş haqqında məlumat

  • Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
  • Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
  • Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
  • Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
  • Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
  • Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
  • Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
  • Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
  • Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı; 
  • Könüllü tibbi siğorta (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Qəbələ şəhəri
  • İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.

Tələblər

  • Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
  • Elektrik ixtisas sertifikatı (3-cü qrup);
  • Müvafiq sahə üzrə (elektrik) minimum 5 il təsdiqli iş təcrübəsi;
  • Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar