Bestcomp Group

Aparıcı Frontend Proqramçı (React / Next.js)

Bestcomp Group
Ə/h razılaşma ilə
359
Tam iş günü
Bakı, Azərbaycan
08.10.2025 12:08 - 08.11.2025 12:00

İş haqqında məlumat

  • Proqram təminatının inkaşfı üçün proqramçı, analitik və layihə rəhbərləri ilə işləmək;
  • Klient tərəfinin arxitekturasının hazırlanması;
  • Veb səhifənin ön hissəsinin verilən dizayna uyğun hazırlanması, müxtəlif ekran ölçülərində test olunması və fərqli cihazlarda düzgün işləməsinin yoxlanılması;
  • Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatını təkmilləşdirilməsi;
  • Məlumatların təhlükəsizliyinin təmin olunması üçün konfiqurasiyaların hazırlanması;
  • Texniki sənədlərin hazırlanması.

Üstünlük hesab olunur:

  • Node.js backend üzrə biliklər;
  • TypeScript, Docker və bulud (cloud) xidmətləri üzrə təcrübə.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Proqram mühəndisliyi və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi;
  • 4 ildən çox JavaScript (ES6+) təcrübəsi;
  • 3 ildən çox React və Next.js təcrübəsi;
  • 3 ildən çox Redux Toolkit / RTK Query ilə iş təcrübəsi;
  • UI kitabxanaları: Ant Design, Material UI, Radix UI üzrə təcrübə;
  • HTML5, CSS/SCSS, adaptiv (responsive) dizayn üzrə bilik və bacarığı ;
  • Güclü alqoritmik düşüncə və təmiz kod yazmaq bacarığı;
  • Texniki ingilis dili bilikləri (oxuma / danışıq səviyyəsində);
  • Araşdırma yönümlü düşüncə və komanda ilə işləmək bacarığı.

Davranış bacarıqları:

  • Təhlil etmək və problem həll etmək bacarığı;
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq;
  • Komandada işləmək bacarığı .


Oxşar vakansiyalar