Bakı,
Azərbaycan
17.05.24
-
16.06.24
İş haqqında məlumat
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələrin, razılaşdırmaların aparılması;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
- Şirkətin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və ya onlara hüquqi rəy verilməsi;
- Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət qeydiyyatının həyata keçirilməsi.
Tələblər
- Təhsil: Ali hüquq təhsili;
- Təcrübə: Şirkətlərdə və ya tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis, rus və ya türk dillərində ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
- Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, antiinhisar, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi;
- Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
- Komandada işləmək bacarığı.
Elanın müddəti bitmişdir