Legit Solve Advisors MMC

Aparıcı hüquqşünas

Legit Solve Advisors MMC
Ə/h razılaşma ilə
1142
Tam iş günü
Bakı, Azərbaycan
29.05.2025 22:18 - 29.06.2025 12:00

İş haqqında məlumat

  • Cəmiyyətin və Cəmiyyətin müştərilərinin qanuni maraqlarını müdafiə etmək;
  • Müştərilərə hüquqi məsələlər haqqında məsləhət vermək;
  • Effektiv ünsiyyət bacarıqları ilə müştəri ehtiyaclarını anlamaq və həll yolları təklif etmək;
  • Hüquqşünasın etik qaydaları və peşə davranış standartlarına riayət etmək;
  • Hüquqi məsələlər haqqında dəqiq və geniş tədqiqat aparmaq;
  • Hüquqi problemləri təhlil etmək və məntiqli həll yolları tapmaq;
  • Hüquqi məsələlərin dərin təhlili və araşdırılması;
  • Hüquqi sənədlərin, müqavilələrin, məhkəmə ərizələrinin və digər hüquqi yazışmaların düzgün və aydın şəkildə hazırlanması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasını keçirmək və hüquqi rəy vermək;
  • Hüquqi şəxsin təsis sənədlərini və qanunvericiliyə uyğun olaraq digər zəruri sənədlərin hazırlanması;
  • Azərbaycan Respublikasının qanunları ilə bağlı arayışların hazırlanması;
  • Əqli mülkiyyət obyektlərinin (ticarət markalarının, ixtiraların, sənaye nümunələrinin, faydalı modellərin, əmtəə nişanlarının) qeydiyyata alınması üçün zəruri sənədlərin hazırlanması və müvafiq qurumlara təqdim olunması;
  • Qeydiyyata alınmış əqli mülkiyyətin müdafiəsi ilə əlaqədar müvafiq qurumlarda müştərinin hüquq və mənafelərinin müdafiə olunması;
  • Azərbaycan Respublikasında hüquqi şəxslərin, xarici hüquqi filial və nümayəndəliklərinin ləğv edilməsi, ləğv prosesinin aparılması və reyestrdən çıxarılması;
  • Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
  • Bu vəzifələrin icrası ilə əlaqədar digər öhdəliklərin icra edilməsi;
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • İş saatları: 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və sənədləşmə.

Tələblər

  • İş təcrübəsi: Hüquq sahəsində ən azı 2 (iki) il praktiki iş təcrübəsi;
  • Təhsili/ixtisası: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olan namizədlərə üstünlük veriləcək);
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili üstünlük verilən dillərdir;
  • Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, analitik düşünmə, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat toplama bacarığı, işdə dəqiqlik və detallara fikir vermə, yüksək qavrama və öyrənmə qabiliyyəti.


Oxşar vakansiyalar