Bakı,
Azərbaycan
14/05/2026
-
28/05/2026
İş haqqında məlumat
- "Cəmiyyətin struktur bölmələrinə Azərbaycan Respublikası qanunvericiliyinin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək, Cəmiyyət üzrə bütün struktur bölmələr tərəfindən qanunvericiliyə, Nizamnaməyə, əsasnamələrə və vəzifə təlimatlarına əməl olunmasına nəzarət etmək, yol verilmiş hüquq pozuntularının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmək;
- Bütün dövlət idarəetmə, notariat, məhkəmə, hüquq-mühafizə və icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında Cəmiyyəti təmsil etmək;
- Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Cəmiyyətin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
- Cəmiyyət üzrə bütün növ qərar, əmr və digər aktların layihələrinin hazırlanmasını təmin etmək və onlar barəsində rəylər vermək;
- Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Cəmiyyət adından çıxış edərək onun daxil olduğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasında iştirak etmək, əqd layihələrinin hazırlanmasını təmin etmək, onları hüquqi ekspertizadan keçirərək rəylər vermək;
- Cəmiyyət üzrə struktur bölmələrin fəaliyyətini tənzimləyən əsasnamələrin, vəzifə təlimatlarının və digər normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
- Şöbəyə daxil olmuş sənədlərə, materiallara, layihələrə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını, araşdırılmasını, cavablandırılmasını, imzalanmasını və vaxtında göndərilməsini təmin etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair Şöbə müdirinə təkliflər vermək;
- Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərlik tərəfindən verilən digər göstəriş və tapşırıqları vaxtında və tam icra etmək.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Dalğa plaza
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)
Tələblər
- Ali hüquqi təhsil;
- Korporativ hüquq və məhkəmə təmsilçiliyi istiqamətləri üzrə 3 il iş təcrübəsi;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Yüksək səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri (rus dili biliyinin olması arzuolunandır);
- Microsoft Office proqram təminatından yüksək səviyyədə istifadə bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.