MPAY QSC

Aparıcı İT Biznes Analitik

MPAY QSC
Ə/h razılaşma ilə
409
Tam iş günü
Bakı, Azərbaycan
07/11/2025 - 07/12/2025

İş haqqında məlumat

  • Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması, təhlili və sənədləşdirilməsi;
  • Ödəniş sistemləri, e-Wallet və terminallar üzrə inteqrasiya və funksional dəyişikliklərin layihə çərçivəsində icrasına dəstək göstərilməsi;
  • Layihələr üzrə texniki və funksional sənədlərin hazırlanması (BRD, SRS, User Story, Acceptance Criteria və s.);
  • Dəyişiklik təkliflərinin biznes təsirinin təhlili, alternativ həll yollarının qiymətləndirilməsi və uyğun istiqamətlərin müəyyən edilməsi;
  • Proqramlaşdırma, Sistem analitik, Biznes İnkişaf və digər aidiyyatı komanda üzvləri ilə sıx əməkdaşlıq edərək tələblərin düzgün interpretasiyasının təmin olunması;
  • Şirkətin fəaliyyət sahələrinə uyğun analitik araşdırmaların aparılması və proseslərin optimizasiyası üçün təkliflərin hazırlanması;
  • SDLC çərçivəsində layihələrin bütün mərhələlərində iştirak;
  • Müxtəlif analitik metodlardan istifadə etməklə mövcud proseslərin qiymətləndirilməsi.

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar xərcinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlanan namizədlər linkə daxil olaraq müraciət edə bilərlər.

Tələblər

  • Ödəniş sistemləri, bank əməliyyatları və ya FinTech sahəsində minimum 2 il iş təcrübəsi;
  • UML və BPMN üzrə bilik və praktiki təcrübə;
  • Jira, və oxşar project/task idarəetmə alətləri ilə iş təcrübəsi;
  • Web Servislərlə işləmək bacarığı, SOAP və REST API-lər üzrə bilik və təcrübə;
  • Swagger və Postman ilə işləmə təcrübəsi;
  • API serverlərə sorğulama və JSON/XML data formatları ilə işləmək bacarığı;
  • Məntiqi, analitik və sistemli düşüncə yanaşması;
  • Güclü kommunikasiya, sorğulama, fasilitasiya və komanda ilə işləmək qabiliyyəti;
  • MS Office (Word, Excel, PowerPoint) bilikləri;
  • Ali təhsil.

Dil bilikləri:  

  • İngilis dili – B1 (Intermediate) ; 
  • Rus dili – B1 (Intermediate).

Oxşar vakansiyalar