Bakı,
Azərbaycan
22.08.2025 02:47
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Konsept layihəsinin işlənilməsi – 3D və planlar;
- Eskiz və işçi layihələrinin hazırlanması;
- Baş planların hazırlanması;
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Verilən tapşırıqları deadline çərçivəsində operativ, keyfiyyətli və tam icra etmək.
Qeyd: ArchiCad BİM sistemində işçi layihələrin hazırlamaq bacarığı mütləqdir.
Digər məlumat:
- Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat;
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək;
- İş qrafiki: 5 günlük;
- İş yeri: Bakı şəhəri.
Biz təklif edirik
- Müasir və inkişaf yönümlü şirkətdə çalışmaq imkanı;
- Böyük miqyaslı, beynəlxalq tərəfdaşlı layihələrdə iştirak;
- Yüksək peşəkarlıq tələb edən mühitdə inkişaf perspektivləri;
- Maaş + performansa əsaslanan bonus sistemi;
- Rahat iş mühiti və peşəkar komanda.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 3 ildən çox iş;
- ArchiCAD-əla, AutoCAD;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı.