Bakı,
Azərbaycan
24.10.2025 04:55
-
24.11.2025 12:00
İş haqqında məlumat
- Memarlıq üzrə spesifikasiyalar, prosedurlar, iş metodu sənədləri, iş təlimatları və cizgilərin yoxlama prosedurlarının sahibi rolunda çıxış edərək onların yenilənməsi və dəyişikliklərinin vahid nəzarət sistemini təmin etmək;
- Layihələrin icraatı mərhələsində podratçı tərəfindən təqdim olunan texniki (TQ) və layihə dəyişiklikləri (DR) sorğularını nəzərdən keçirmək və qiymətləndirmək;
- Müəssisə Mühəndislik Komandası tərəfindən hazırlanmış sənədləri nəzərdən keçirmək və rəy bildirmək, bütün layihə cizgiləri və sənədlərinin şirkət prosedurlarına, spesifikasiyalarına, yerli və beynəlxalq standartlara, normalara və ən yaxşı təcrübələrə uyğunluğunu təmin etmək;
- Dəyər Yaratma Layihələri üçün layihə konseptləri, cizgiləri, material siyahıları və ya digər memarlıq sənədlərinin hazırlanmasını əhatə edən detallı layihələr hazırlamaq;
- Kompleks layihələr üçün memarlıq çalışmaları etmək və detallı layihələndirməyə başlamazdan əvvəl İnşaat/Konstruksiya və Memarlıq Menecerindən təsdiq almaq;
- Layihələndirilmə üçün digər mühəndislik şöbələrinin mütəxəssisləri ilə kommunikasiya qurmaq və zəruri məlumatları əldə etmək və onlara lazım olan texniki məlumatları ötürmək;
- İş tapşırığı müddətlərinə riayət olunmasını və komanda fəaliyyətinin optimallaşdırılmasını təmin etmək məqsədilə planlama, resursların idarə olunması və iş yükünün bölüşdürülməsi sahəsində İnşaat/Konstruksiya və Memarlıq Menecerinə dəstək vermək;
- Memarlıqda innovasiya və səmərəliliyin təkmilləşdirilməsinə təşviq etmək. Komanda bacarıqlarını və memarlıq proseslərini inkişaf etdirməyə yönəlmiş təşəbbüslərə rəhbərlik etmək;
- Podratçıların sorğularına aydınlıq gətirmək ücün görüşlərdə, model baxışlarında və s. iştirak etmək;
- Podratçı təşkilatların hazırladığı layihələrə, memarlıq spesifikasiyalara, ən yaxşı praktikalara, norma və standartlara uyğunluğu üzrə rəylərin verilməsi və podratçıların sorğularının cavablandırılması;
- Podratçıların və ya istehsalçıların hazırladığı sənədlərin tamlığı, spesifikasiyalara uyğunluğu üzrə rəylərin və şərhlərin verilməsi, əvvəlki rəy üzrə dəyişikliklərin yerinə yetirilməsinin təsdiqi;
- Tələb olunduqda və ya təyin olunduqda Xərclərə Nəzarət, Tikinti inşaat Departamentlərinə dəstək və sahədə baxış kecirmək;
- Layihənin statusu, texniki risklər və əsas məsələlər barədə rəhbərliyə hesabatların hazırlanmasında dəstək göstərmək;
- Mövcud konstruksiyalarda dəyişiklikləri təhlil edib, uyğun təkliflərin hazırlanmasına, bərpa və təmir layihələrinin hazırlanmasında konstruktiv baxımından dəstək vermək;
- Memarlıq layihəsinin funksional, texniki və estetik uyğunluğunu təmin edərək normativ sənədlərə və layihələndirmə standartlarına uyğun sənədlərin hazırlanmasında iştirak etmək;
- Memarlıq cizgiləri, material sərfiyyatı (MTO) və digər zəruri sənədlər daxil olmaqla detallı layihələri hazırlamaq;
- Memarlar tərəfindən hazırlanmış sənədləri nəzərdən keçirmək və rəy bildirmək;
- Binaların detallı layihə paketlərinin hazırlanmasına nəzarət etmək və onların zavodun təmirə dayanma qrafiki, təhlükəsizlik standartları və mövcud infrastrukturla uyğunluğunu təmin etmək.
Tələblər
- Memarlıq üzrə ali təhsil;
- Memarlıq Layihələndirmə üzrə ümumi minimum 8 il iş təcrübəsi;
- Neft-qaz sahəsində minimum 2 il iş təcrübəsi üstünlük təşkil edir;
- Memarlıq və dizayn proqramlarında (Revit, AutoCAD və digər əlaqəli memarlıq proqramlar) yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan və İngilis dillərində texniki sənəd hazırlamaq və təqdim etmək bacarığı.