Bakı,
Azərbaycan
08.04.25
-
08.05.25
İş haqqında məlumat
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil;
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası);
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması;
- Müəssisələrin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Vergi, hesabatlarının (Mənfəət, ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və Bazar günləri.
Tələblər
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 (iki) il;
- Dil biliyi: Rus dili biliyi mütləqdir,ingilis dili arzuolunandır;
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- PMS (Peşəkar Mühasib Sertifikatı) MHBS /MHBS- KOS sertifikatı;
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları.
Mühasib
Peşəkar xidmətlər