Bakı,
Azərbaycan
20.08.2025 03:42
-
20.09.2025 12:00
İş haqqında məlumat
- Şirkətin maliyyə və mühasibatlıq sisteminin qurulması və effektiv şəkildə idarə olunması;
- Həm vergi uçotu, həm də IFRS standartları əsasında rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- DSMF, Statistika Komitəsi və digər rəsmi qurumlar üçün hesabatların tərtibi və müvafiq qaydada təqdim edilməsi;
- Inventarizasiya proseslərinin təşkili və idarə olunması;
- Büdcənin planlaşdırılması, xərclərin təhlili və maliyyə proqnozlarının hazırlanması;
- Daxili auditlərin təşkili və maliyyə axınlarının mütəmadi təhlili;
- Mühasibatlıq sənədlərinin – qaimə, müqavilə, hesab-faktura və s. – düzgün və vaxtında tərtib olunması;
- Rəhbərliyə dövri olaraq maliyyə və analitik hesabatların təqdim edilməsi.
İş Qrafiki:
- Tam ştatlı əsasda, 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə);
- İş saatları: 09:00 – 18:00.
Əməkhaqqı:
- Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübə səviyyəsinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Müraciət Qaydası:
- Zəhmət olmasa, CV-nizi və qısa motivasiya məktubunuzu, eləcə də gözlədiyiniz əməkhaqqı məbləğini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməyi unutmayın.
Tələblər
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 3 illik peşəkar iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və vergi qanunvericiliyi üzrə dərin biliklər;
- Yüksək səviyyədə analitik düşünmə qabiliyyəti;
- Microsoft Excel və digər ofis proqramları ilə peşəkar işləmək bacarığı;
- ACCA sertifikatlarına sahib olmaq;
- İşdə dəqiqlik, məsuliyyət və operativlik nümayiş etdirmək.
Üstünlük Sayılacaq:
- Beynəlxalq maliyyə və mühasibatlıq üzrə sertifikatlara malik olmaq;
- Komanda ilə effektiv işləmək və daxili proseslərin optimallaşdırılması üzrə bacarıqlar.