Superfon

Aparıcı mühasib

Superfon
Ə/h razılaşma ilə
2332
Tam iş günü
Bakı, Azərbaycan
01/12/2025 - 01/01/2026

İş haqqında məlumat

  • Vergi (ƏDV, Mənfəət, ÖMV, SV), DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin dəqiq hesablanılmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Debitor və kreditor borclarına nəzarət edilməsi, üzləşmə aparılaraq akt tərtib olunması;
  • Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
  • Bank və kassa əməliyyatlarının icrası;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişlərinin icrası;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında hesabatların hazırlanması;
  • Mal-material ehtiyyatlarının və əsas vəsaitlərin dəqiq uçotunun aparılması.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • KPI tətbiqi;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

Tələblər

  • Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il;
  • 1C proqramı ilə iş təcrübəsi;
  • Peşəkar Mühasib Sertifikatı;
  • Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
  • Məsuliyyət və dəqiqlik.

CV-nizi "CV göndər📤" düyməsindən istifadə edərək  mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 


Oxşar vakansiyalar