Bakı,
Azərbaycan
27/01/2026
-
10/02/2026
İş haqqında məlumat
Maliyyə sənədlərinin hazırlanması və saxlanması:
- Gəlir və xərclərlə bağlı müvafiq sənədlərin hazırlanması.
- Mühasibat uçotu sistemində sənədlərin qeydiyyatı və sistemə daxil edilməsi.
- Müxtəlif maliyyə sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanması.
Fakturaların və digər maliyyə sənədlərinin işlənməsi:
- Satış və alış fakturalarının düzgün qaydada yazılması və qeydiyyatı.
- Həftəlik və aylıq maliyyə hesabatlarının hazırlanması.
Vergi öhdəliklərinin izlənməsi:
- Vergi hesabatlarının hazırlanmasında kömək etmək.
- Vergi ödəmələrinin vaxtında yerinə yetirilməsi üçün lazım olan məlumatları hazırlamaq.
Bank və kassa əməliyyatlarının qeydiyyatı:
- Bank əməliyyatlarının düzgün qeydiyyatını təmin etmək.
- Kassa əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi.
Debitor və kreditor hesablarının nəzarəti:
- Müştəri və təchizatçılara olan borc və alacaq hesablarının izlənməsi.
- Debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında qeydiyyatı.
İnventarizasiyanın keçirilməsi:
- Şirkət mal və materiallarının sayımını aparmaq.
- Mal və məhsul balanslarını izləmək və qeydə almaq.
Hesabatların hazırlanması və təqdim edilməsi:
- Mühasibatlıq üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
- Hesabatların zamanında və düzgün təqdim edilməsini təmin etmək.
Daxili yoxlamaların dəstəklənməsi:
- Şirkətin maliyyə fəaliyyətlərinin düzgünlüyünü yoxlamaq və rəhbərliyə məlumat vermək.
- Mühasibatlıq proseslərinin düzgünlüyünü təmin etmək üçün daxili yoxlamalara kömək etmək.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 08:00-dan 17:00-a qədər
- İş yeri: Binəqədi rayonu, Binəqədi şosesi 7
- Yemək İmkanı: Nahar şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Tələblər
- Yaş: 23-40
- Təhsil: ali
- İş təcrübəsi: 2 ildən yuxarı
- Yalnız xanım mühasiblər;
- Azərbaycan dili, rus dili (arzuolunandır);
- İşə dəqiq, operativ və məsuliyyətli yanaşma;
- Komandada işləmə bacarığı olmalı;
- Mühasibatlıq və vergi münasibətlərinin əsas bilikləri.
Şəxsi keyfiyyətləri:
- Müştəri ilə danışıq bacarığı;
- Səlist danışıq qabiliyyəti;
- Davamlı mütaliə edən və inkişafa yönümlülük;
- Komandada işləmə bacarığı (vacibdir)
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlılıq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.